Rusiya ilə sərhəddə “Xanoba” gömrük məntəqəsinin tikintisi başa ÇATIR

Rusiya ilə sərhəddə “Xanoba” gömrük məntəqəsinin tikintisi başa ÇATIR

Hazırda oxunan: Rusiya ilə sərhəddə “Xanoba” gömrük məntəqəsinin tikintisi başa ÇATIR

121478

Azərbaycan Prezidenti ikitərəfli razılaşmalar çərçivəsində “Samur” və “Xanoba” sərhəd-buraxılış məntəqələri arasında 24 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması və genişləndirilərək dörd zolağa çatdırılması, habelə “Xanoba” gömrük məntəqəsinin yenidən qurulması üçün vəsait ayırıb.

Bizim.Media xəbər verir ki, bunu bu gün Dağıstan Respublikası Hökumətinin sədri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Dağıstan tərəfindən sədri Abdulmüslüm Abdulmüslümovla görüşdə Baş nazirin müavini, Komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayev bildirib.

Qeyd edilib ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindəki “Tahirkənd-Qazmalar” buraxılış məntəqəsi ilə həmhüdud olan “Xanoba” gömrük məntəqəsinin tikintisi işləri başa çatmaq üzrədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO