Şahdağda Heydər Əliyevin xatirəsinə dağ-xizəyi YARIŞI - FOTO

Şahdağda Heydər Əliyevin xatirəsinə dağ-xizəyi YARIŞI - FOTO

Hazırda oxunan: Şahdağda Heydər Əliyevin xatirəsinə dağ-xizəyi YARIŞI - FOTO

121426

Şahdağda Heydər Əliyevin xatirəsinə dağ-xizəyi yarışı keçirilib.

Bizim.Media xəbər verir ki, Qusar rayonu ərazisində yerləşən "Şahdağ" Turizm mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində həvəskar dağ-xizəyi yarışının uşaqlar arasında  mərhələsi baş tutub.

Yarış Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin, Dövlət Turizm Agentliyinin və Milli Olimpiya Komitəsinin dəstəyi ilə keçirilib.   
İdman tədbirində öncədən qeydiyyatdan keçən və 3 müxtəlif yaş kateqoriyasında olan 55 qız və oğlan xizəkçi yarışın “Slalom Gigant” növü üzrə mübarizə aparıb. Balaca idmançılar 500 metrlik məsafəni sürətlə qət edərək yüksək nəticə əldə etməyə çalışıblar.

Yarışın nəticələri belə olub:

- Qızlar arasında 3-6 yaş kateqoriyası üzrə:

Arina Nağayeva (Azərbaycan)

Lea Makkenal (Böyük Britaniya)

Aleksandra Kuskiana (Rusiya Federasiyası)

- Oğlanlar  arasında 3-6 yaş kateqoriyası üzrə:

Mixayıl Filipov (Rusiya Federasiyası)

Kiril Kostin (Rusiya Federasiyası)

Matvey Bivol  (Rusiya Federasiyası)

- Qızlar arasında 9-12 yaş kateqoriyası üzrə:

Darya Darodnaya (Rusiya Federasiyası)

Milana Baqdanova (Rusiya Federasiyası)

Nurel Hacıbəyli (Azərbaycan)

- Oğlanlar arasında 9-12 yaş kateqoriyası üzrə:

Amin Şixov (Azərbaycan)

Kaan Mədetoğlu (Türkiyə)

Artem Sleptsov (Ukrayna)

- Qızlar arasında 13-17 yaş kateqoriyası üzrə:

Məryəm Sofiyeva (Azərbaycan)

Valeriya Dudçenka (Rusiya Federasiyası)

Mədinə Abdullayeva (Azərbaycan)

- Oğlanlar arasında 13-17 yaş kateqoriyası üzrə:

Kayl Makkey (Böyük Britaniya)

Karl-Leo Panke (Almaniya)

İsmayıl Tağızadə (Azərbaycan)

Qaliblər “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və kubokla təltif olunub.Həmçinin onlara Milli Olimpiya Komitəsi tərəfindən diplomlar və müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib. Tədbirdə Qış İdman Növləri Federasiyasının prezidenti,Dövlət Turizm Agentliyinin sədri  Fuad Nağıyev  iştirak edib.
Qeyd edək ki, fevralın 18-dən start götürən 2 günlük yarışın 1-ci günündə böyüklər arasında 3 müxtəlif yaş kateqoriyasında olan qadın və kişilər birincilik uğrunda mübarizə aparıb. Qaliblər medallar və diplomlarla təltif olunub.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO