Fevralın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, oyun günündə iki matç keçirilib.
“Bank Respublika Arena”da “Sabah” klubu “Turan Tovuz” komandasını qəbul edib. Matçda rəqibini 2:0 hesabı ilə məğlub edən Tovuz təmsilçisi senssasiyaya imza atıb. Oyunda Natan Oduva və Ayxan Quseynov fərqləniblər. Hesabında 53 xal olan “Sabah” turnir cədvəlində ikinci, “Turan Tovuz” isə 26 xalla altıncı pillədə qərarlaşıblar.
Turun sonuncu oyununda “Zirə” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Qarabağ” qələbə qazanıb.
Matçın taleyini son dəqiqələrdə vurulan avtoqol həll edib. Qismət Alıyevin 87-ci dəqiqədə topu öz qapısından keçirməsi sayəsində Ağdam təmsilçisi 1:0 hesablı qələbəyə sevinib. Bu qələbədən sonra xallarının sayının 61-ə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Zirə” isə 32 xalla dördüncüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" Gəncədə "Şamaxı"nı 3:2, "Qəbələ" evdə "Sumqayıt"ı 2:1, "Neftçi" isə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:12 / 19.02.2023
“Turan Tovuz” “Sabah”a, “Qarabağ” “Zirə”yə qalib gəldi
Hazırda oxunan: “Turan Tovuz” “Sabah”a, “Qarabağ” “Zirə”yə qalib gəldi
Hazırda oxunan: “Turan Tovuz” “Sabah”a, “Qarabağ” “Zirə”yə qalib gəldi
121386
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.