İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha bir nəfər saxlanıldı – FOTO/VİDEO

İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha bir nəfər saxlanıldı – FOTO/VİDEO

Hazırda oxunan: İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha bir nəfər saxlanıldı – FOTO/VİDEO

121179

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Kamran Quliyev saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Araşdırmalar zamanı Kamran Quliyevin sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkənin vətəndaşı ilə əlbir olduğu və onun pul müqabilində narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib. Kamran Quliyevin həmçinin sosial şəbəkələrdə gənclər arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu da müəyyən edilib. 

Faktla bağlı Kamran Quliyevin barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO