Almaniya kansleri tankları olan ölkələrə ÇAĞIRIŞ ETDİ 

Almaniya kansleri tankları olan ölkələrə ÇAĞIRIŞ ETDİ 

Hazırda oxunan: Almaniya kansleri tankları olan ölkələrə ÇAĞIRIŞ ETDİ 

121092

Almaniya kansleri Olaf Şolts qərb tipli tankları olan beynəlxalq tərəfdaşları Ukraynaya tank tədarükü etməyə çağırdı. 

Bizim.Media xəbər verir ki, kansler bu barədə Münhen konfransında bildirib. 

O qeyd edib ki, bu gün Almaniya hökuməti həmin ölkələrin təhlükəsizliyinin qorunması, eləcə də silahların Ukraynaya ötürülməsinin mümkün qədər asan olması üçün mümkün olan hər şeyi edəcək: 
"Bu tip döyüş tanklarını göndərə bilənlərin hamısı bunu etməlidir. Müdafiə naziri Pistorius, Xarici İşlər Naziri Burbok və şəxsən mən tərəfdaş ölkələri buna çağırırıq. Almaniya tərəfdaşlarına bu cür qərarların verilməsini asanlaşdırmaq üçün əlindən gələni edəcək. Biz Ukrayna hərbçilərinə həmin tankların idarə olunması ilə bağlı təlim keçməklə və ya təchizat və logistika baxımından dəstək verməklə əlimizdən gələni etməyə hazırıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO