Fevralın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil müəssisəsinin Mülki Müdafiə strukturlarının daha təkmil formada yaradılmasına dair iclas keçirilib. Tədbirdə il ərzində nəzərdə tutulan tədbirlər planı müzakirə olunub.
ADNSU-u rəhbərliyi tədbirlər planına əsasən yerinə yetiriləcək Mülki Müdafiə üzrə xəbərdarlıq, toplanış məşqləri, qarşıdan gələn 1 mart Mülkü Müdafiə günü ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Tədbirə universitetin Mülki Müdafiə qərərgahının rəisi Elşən Məmmədov sədrlik edib. Yığıncaq maraqlı müzakirələr şəraitində keçib, maraqlı fikir və təkliflər səslənib.
Prorektor və dekanlar Mülki Müdafiə qərargahının qarşısıda duran ümdə məsələlərdən danışaraq, fövqəladə vəziyyəti yaradan səbəblər meydana gəldiyi təqdirdə hansı addımların atılmalı olduğu və nələrin tələb olunması ətrafında çıxışlar etməklə yanaşı, onları maraqlandıran suallar səsləndiriblər.
E.Məmmədov qaldırılan məsələlər ətrafında ətraflı məlumat verməklə yanaşı, fevralın 16-da ADNSU-da MM-qərargahının xəbərdarlıq toplanış məşqinin olacağını qeyd edib və hər kəsi aktiv olmağa çağırıb. Bildirib ki, Mülki Müdafiə ümumxalq işidir və hər bir vətəndaş yarana biləcək fövqəladə hallara hazır olmalıdır. Bunun üçün də birinci növbədə universitetdə ciddi maarifləndirmə, təbliğat işi aparılmalıdır.


































































































