Oğuzda kişi arvadını balta ilə öldürməyə cəhd EDİB

Oğuzda kişi arvadını balta ilə öldürməyə cəhd EDİB

Hazırda oxunan: Oğuzda kişi arvadını balta ilə öldürməyə cəhd EDİB

120971

Oğuz sakininin arvadını baltalaması, özünün intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan bildirilib.

Belə ki, fevralın 14-ü saat 18 radələrində Oğuz rayonu ərazisində 1966-cı il təvəllüdlü Sevinc Rəhimovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırma zamanı 1962-ci il təvəllüdlü Nazim Rəhimovun balta ilə arvadı Sevinc Rəhimovanın baş nahiyəsinə xəsarət yetirərək onu öldürməyə cəhd etməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO