Avropa Parlamenti Rusiyaya qarşı yeni QƏTNAMƏNİ təsdiqlədi

Avropa Parlamenti Rusiyaya qarşı yeni QƏTNAMƏNİ təsdiqlədi

Hazırda oxunan: Avropa Parlamenti Rusiyaya qarşı yeni QƏTNAMƏNİ təsdiqlədi

120894

Avropa Parlamenti (AP) Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin birinci ildönümü ilə əlaqədar Kremlin hərəkətlərini pisləyən və Ukraynaya bütün lazımi yardımın göstərilməsinə, o cümlədən Qərb qırıcılarının təhvil verilməsi imkanlarına baxmağa çağıran qətnaməni təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, “Evropeyskaya Pravda”nın məlumatına görə, sənəd fevralın 16-da keçirilən iclasda qəbul edilib. 

Məlumata görə, 444 deputat qərarın lehinə, 26 nəfər əleyhinə, 37 nəfər isə bitərəf səs verib. 

Qətnamə Aİ ölkələrini Rusiyaya qarşı hazırda hazırlanmaqda olan 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəlməyə və onu əhəmiyyətli dərəcədə genişləndirməyə, həmçinin artıq tətbiq edilmiş sanksiyaların daha effektiv olmasına səy göstərməyə çağırır.  

Qətnamənin yekun mətni hələ dərc edilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO