İrandan Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT – İndi də Vardanyanı reklam edirlər... – DETALLAR 

İrandan Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT – İndi də Vardanyanı reklam edirlər... – DETALLAR 

Hazırda oxunan: İrandan Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT – İndi də Vardanyanı reklam edirlər... – DETALLAR 

120805

İranın Azərbaycana qarşı təxribat kampaniyası davam edir. Bu kampaniyanın tərkib hissəsi kimi İran rəsmilərinin təhdidləri, ekspertlərinin reallıqdan uzaq nağılları və KİV-in qara PR siyasəti daha çox diqqət çəkir.

Xüsusilə də, İran mətbuatında 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanı hədəf alan məqalələr müntəzəm olaraq yayımlanır. Bu dəfə isə cənub qonşumuzun mətbuatı ölkəmizə qarşı açıq təxribata əl atıb.

Belə ki, İranın nüfuzlu “Şərq” qəzeti separatçı Ruben Vardanyanın müsahibəsini yayımlayıb.

Doğrudur, bir qrup insan burada hər hansı təxribatın olmadığını, “BBC”-nin də oxşar addım atdığını iddia edə bilər. Lakin “BBC”-nin Vardanyana ünvanladığı suallar, müxbirin sərgilədiyi obyektiv mövqe Rubenin əsl simasını bütün dünyaya göstərdi.
İran qəzetinin davranışı isə tamamilə fərqlidir.

Əvvəla, onu qeyd edək ki, bu, Vardanyanın İran mətbuatına verdiyi ilk müsahibədir. Və yayımlanan mətni oxumaq kifayətdir ki, Vardanyanın müsahibəsinin hansı məqsədlə təşkil olunduğunu anlayaq. 

Elə müsahibənin girişində müəllif Ehsan Mohdian Azərbaycanın “Laçın dəhlizini bağladığnı” iddia edərək, ölkəmizi humanitar böhran yaratmaqda ittiham edib. Habelə Zəngəzur dəhlizini “Turan dəhlizi” kimi təqdim edən müəllif, abırsızcasına Azərbaycanı işğalçı kimi təqdim etməyə çalışıb.

Bunlarla yanaşı, Vardanyana ünvanlanan suallarda da açıq qərəz hiss olunur. Belə ki, müəllif ünvanladığı suallarda Qarabağı “Artsax”, Azərbaycan hökumətini isə bölgədə aqressiv siyasət yürüdən tərəf kimi göstərib. Bununla da Vardanyana Azərbaycanı tənqid, özünü reklam etmək üçün açıq meydan yaradılıb. Oliqarx separatçı isə yaradılan imkandan gen-bol yararlanaraq erməni-fars dostluğunu mədh edib, Azərbaycanla bağlı ağlına gələni danışıb.  

Eyni zamanda qondarma rejimin “rəsmisi” müsahibədə özünün əsl məqsədlərini də ifşa edib.

Vardanyan Rusiya sülhməramlılarının hüquqlarının azlığından şikayətlənərək, onların səlahiyyətlərinin artırılmasının vacibliyinə işarə edib, separatçı rejimin mövcudluğunun İranın təhlükəsizliyi üçün böyük önəm kəsb etməsi kimi absurd bəyanatlar səsləndirib. 
Uman yerdən küsərlər deyiblər.

Deməli, Rubenin mədət umduğu yer İran və Rusiyadır. Eyni zamanda Vardanyan sülhməramlıların səlahiyyətlərinin az olduğunu da iddia edir və buna görə İrandan yardım gözlədiyini gizlətmir.  

İran indi də separatçıları “qırmızı xətt” elan edəcək?

Onu da qeyd edək ki, Azərbaycana qarşı nə İran mətbuatında, nə də “Şərq” qəzetində bu cür təxribata əl atılması ilk dəfə deyil. Elə adıçəkilən mətbu orqan hələ 2017-ci ildə qondarma rejimin  rəsmisi Mais Mailyanla geniş müsahibə yayımlamışdı.
Ümumilikdə isə bu addım Azərbaycana qarşı açıq təxribatdır. Çünki Vardanyan Qarabağa qanunsuz yollarla soxulmuş, Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən separatçı, cinayətkardır.

İran mətbuatı onu reklam etməklə faktiki olaraq dövlət suverenliyimizi heçə saydığını, həm də özünün separatçı rejimə qarşı münasibətini nümayiş etdirir.

Eyni zamanda bu mövqeyi təkcə bir qəzetin xəbər siyasəti kimi təqdim etməkdə yanlışdır. Ona görə ki, İran mətbuatının molla rejiminin birbaşa nəzarətində olduğu heç kimə sirr deyil. 

Görünən odur ki, Ermənistanı “qırmızı xətt” adlandıran İran, Qarabağla bağlı da mövqeyini yenidən açıq ifadə etməyə başlayıb.
“Yenidən” deməyimizin başlıca səbəb kimi isə 44 günlük müharibə dönəmində Xameneinin “Qarabağ ermənilərinin təhlükəsizliyinin qorunması vacibdir” açıqlamasını xatırlatmaq yetərlidir...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO