“Nəvəm 2 kiloqram, 900 qramdır. Bu boyda siçovula görə, Nazilənin statusu dəyişir (gülür). Çox balacadır”.
Bizim.Media xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli qonaq olduğu “7 canlı” axşam şousunda deyib.
Bir neçə gün əvvəl nənə olan Nazilə hisslərini bu cür ifadə edib:
“Nəvəmi görməyə getmişdim. Ona baxıb deyirəm ki, altı ay yatmağa vaxtın var. Altı aydan sonra uşaq geyim və oyuncaq butikləri hamısı bizi gözləyir. Hamısından beh almışam. Kişi yatmaz, durar işləyər. Şərikik, dur, işləyək.
Özüm-özümə danışıram. Hələ mənə nənə olmaq çatmır. Çünki beynim hələ nənə olmaq üçün format olunmayıb. Amma hiss edirəm ki, evimizdə bir can, soyadımda artım var. Oğlumun gözəl sözü oldu. O oğlunu qucağına alanda, mənə təşəkkür etdi.
Hər valideyin bizim kimi cəfakeş olmur. Elə valideyn var ki, dünya aləm vecinə deyil. Ola bilər, evdə az olmuşam. Amma uşaqlarımı cəmiyyətə yararsız etməmişəm. Bunu hamı da bilir. İnanıram ki, atası nəvəmə yaxşı tərbiyə verəcək”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:50 / 16.02.2023
Nənə olan Nazilə: “Uşaq geyim və oyuncaq butiklərinin hamısından beh almışam” - VİDEO
Hazırda oxunan: Nənə olan Nazilə: “Uşaq geyim və oyuncaq butiklərinin hamısından beh almışam” - VİDEO
Hazırda oxunan: Nənə olan Nazilə: “Uşaq geyim və oyuncaq butiklərinin hamısından beh almışam” - VİDEO
120802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.