Prokurorluqdan istintaqın qeyri-obyektiv aparılması ilə bağlı yayılan məlumata MÜNASİBƏT

Prokurorluqdan istintaqın qeyri-obyektiv aparılması ilə bağlı yayılan məlumata MÜNASİBƏT

Hazırda oxunan: Prokurorluqdan istintaqın qeyri-obyektiv aparılması ilə bağlı yayılan məlumata MÜNASİBƏT

120797

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən vətəndaş Xəqani Quliyevin 2019-cu il avqustun 8-də Sumqayıt şəhərində xəsarət almasına dair cinayət işi üzrə ibtidai istintaqın qeyri-obyektiv aparılması ilə bağlı informasiyalar yayılıb.

Həmin məlumatlarla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, qeyd olunan cinayət işi üzrə ittiham aktı 2021-ci il sentyabrın 9-da Sumqayıt şəhər prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə iş üzrə təqsirləndirilən şəxslər - Bəxtiyar Fərəcov 8 il 6 ay müddətinə, Sabir Əskərov 2 il 9 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Tural Sadıqov isə 1 il 6 ay müddətinə sınaq müddəti ilə şərti cəzaya məhkum edilib.

Hökm Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO