UEFA Çempionlar Liqası: “Borussiya” və “Benfika” qalib gəldi

UEFA Çempionlar Liqası: “Borussiya” və “Benfika” qalib gəldi

Hazırda oxunan: UEFA Çempionlar Liqası: “Borussiya” və “Benfika” qalib gəldi

120723

UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsi davam edir. İkinci oyun günündə daha iki matç keçirilib.

Bizim.Media xəbər verir ki, Almaniyada Dortmund “Borussiya”sı “Çelsi” ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər matçda isə “Benfika” (Portuqaliya) Belçika “Brügge”sinin qonağı olub. Bu görüşdə “Benfika” 2:0 hesablı qələbə qazanıb.

Bu komandalar arasında cavab oyunları martın 7-də keçiriləcək.

Qeyd edək ki, səkkizdəbir finalın ilk oyun günündə Almaniya “Bavariya”sı Fransada PSJ-yə, İtaliya “Milan”ı isə evdə İngiltərə “Tottenhem”inə 1:0 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO