Heydər Əliyev Beynəlxalq Aeroportu bu sərnişinlərə xüsusi yardım təklif edir

Heydər Əliyev Beynəlxalq Aeroportu bu sərnişinlərə xüsusi yardım təklif edir

Hazırda oxunan: Heydər Əliyev Beynəlxalq Aeroportu bu sərnişinlərə xüsusi yardım təklif edir

120616

Heydər Əliyev Beynəlxalq Aeroportu “gözə görünməyən” və ya “gizli” məhdudiyyətləri olan sərnişinlərə xüsusi yardım təklif edir.

Bizim.Media xəbər verir ki, Aeroportdan Azərtac-a bildirilib ki, gözə görünməyən məhdudiyyətlərə demensiya, Altsheymer, autizm və s. daxildir.

Hava limanında bu cür sənəd təqdim edən sərnişinlərə gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı müvafiq lanyard veriləcək.

Lanyard Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyi, qeydiyyat, habelə sərhəd və gömrük xidmətləri əməkdaşlarına görünməz əlilliyi olan sərnişinləri müəyyənləşdirməyə kömək edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO