“Azərbaycanda demək olar ki, hər gün zəlzələ qeydə alınır. Sutka ərzində 37 dəfə yeraltı təkan olub”
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Bizim.Media-ya açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
50 ildən sonra Xəzərin dibi 100 metr aşağı enəcək? - Tanınmış ekoloq
Onun sözlərinə görə, yeraltı təkanlar çox zəif olduğundan, hiss edilməyib, prosesi yalnız cihazlar qeydə alıb.
Qurban Yetirmişli bu gün Ermənistan ərazisində baş verən zəlzələnin Azərbaycanın bəzi rayonlarında hiss olunduğunu da söyləyib.
Məlumata əsasən, zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Qazax, Gədəbəy və Tovuzda 3-4 bala qədər hiss edilib:
“Bunun əsas səbəbi yerdaxili gedən gərgin proseslərdir. Hərəkətlər nəticəsində bloklar arasında horizontal, vertikal qırılmalar olduğundan, bir blokun hərəkəti digərinə nisbətən çox və yaxud da az olduğu üçün sıxılmalar gedir".
"Bəzən vəziyyət elə kritik həddə gəlir ki, hazırkı blokun sürəti az olduğundan arxadakı blok onu sıxışdıraraq parçalanma yaradır və dalğa hər yerə yayıldığı üçün yer üzərində silkələnmələr əmələ gəlir”,- deyə o, qeyd edib.
Gül Qədirli, Bizim.Media