“Nəvəm ağıllı, kamallı idi. Oğlum söylədi ki, dağıntılar altından bir azərbaycanlı tələbəni çıxardıblar. Şahinə oxşasa da, amma o deyil. Çünki boyu uyğun gəlmir. Şahinin boyu 1,90 santimetr idi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində uçan binanın dağıntıları altında qalan və ötən gün xilasedicilər tərəfindən nəşi çıxarılan azərbaycanlı tələbə Şahin Vəliyevin nənəsi Solmaz Kazımova Baku.TV-yə müsahibəsində deyib.
Mərhum tələbənin nənəsi nəvəsinin ölüm xəbərindən sarsıldığını bu sözlərlə ifadə edib:
“Daha sonra digər azərbaycanlı tələbənin nəşini dağıntılar altından çıxartdılar. Zəng etdim oğluma. O isə ürəyinin sıxıldığını və danışa bilmədiyini söylədi. Öyrəndik ki, bu, Şahinin nəşidir. Ondan sonra isə Samirin meyitini çıxartdılar”
Qeyd edək ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:17 / 15.02.2023
Türkiyədə vəfat edən tələbəmizin evindən REPORTAJ - VİDEO
Hazırda oxunan: Türkiyədə vəfat edən tələbəmizin evindən REPORTAJ - VİDEO
Hazırda oxunan: Türkiyədə vəfat edən tələbəmizin evindən REPORTAJ - VİDEO
120528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.