Episentri Kahramanmaraş olan və Türkiyənin bir sıra vilayət və şəhərlərində baş verən dəhşətli zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir.
Bizim.Media xəbər verir ki, zəlzələdən 205 saat sonra daha bir möcüzə gerçəkləşib.
Belə ki, Kahramanmaraşda 35 yaşlı qadın dağıntılar altından xilas edilib.
Qadın ilkin tibbi müdaxilədən sonra təcili yardım maşını ilə xəstəxanaya göndərilib.
Bizim.Media