Naxçıvandan Türkiyəyə 52 TIR humanitar yardım göndərildi

Naxçıvandan Türkiyəyə 52 TIR humanitar yardım göndərildi

Hazırda oxunan: Naxçıvandan Türkiyəyə 52 TIR humanitar yardım göndərildi

120396

Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Azərbaycan dövləti tərəfindən genişmiqyaslı tədbirlərə başlanılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, 8-13 fevral 2023-cü il tarixlərində muxtar respublikadan zəlzələ bölgəsinə 52 TIR humanitar yardım göndərilib.

Naxçıvan Muxtar Respublikasındakı qurumlar, təşkilatlar, sahibkarlıq subyektləri və muxtar respublika sakinləri tərəfindən zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım məqsədilə ötən müddət ərzində müxtəlif nəqliyyat vasitələri ilə kişi, qadın, uşaq paltarları, uşaq bezləri, ədyallar, müxtəlif növ ərzaq məhsulları, müxtəlif ölçülü xalçalar, döşək dəstləri, müxtəlif növ təmizlik məhsulları, qızdırıcı sobalar, elektrik plitələri, əl fənərləri, müxtəlif ölçülü çadırlar, konteynerlər, çarpayılar, plastik oturacaqlar, plastik qablar, dərman preparatları, generatorlar, müxtəlif növ mineral sular və digər zəruri avadanlıqların Türkiyədə zəlzələ bölgəsinə göndərilməsi təmin edilib.

Həmçinin Naxçıvan şəhərində Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə ehsan verilib, zəlzələdən dünyasını dəyişənlərin ruhlarına dualar oxunulub, yaralılara şəfalar dilənilib.

Qeyd edək ki, muxtar respublikadan Türkiyədə zəlzələ bölgəsinə göndərilən humanitar yardımın ümumi dəyəri 14 milyon 774 min 631 manat təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO