Cahit Bağçıdan ÇAĞIRIŞ – “Zəlzələ bölgəsində bu məhsullara ehtiyac var”

Cahit Bağçıdan ÇAĞIRIŞ – “Zəlzələ bölgəsində bu məhsullara ehtiyac var”

Hazırda oxunan: Cahit Bağçıdan ÇAĞIRIŞ – “Zəlzələ bölgəsində bu məhsullara ehtiyac var”

120390

“Ankaradan aldığımız məlumatlar çərçivəsində ehtiyac olan yardımlarla bağlı siyahını yeniləyirik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi brifinqdə səsləndirib.

“Yardım toplama mərkəzlərindən geyim qəbul edilməməsini xahiş edirik. Çünki həddən artıq paltar yardımı edilib və bunlar Türkiyədəki mərkəzlərdə əhaliyə paylanır. Bundan sonrakı müddətdə yardım etmək istəyənlərin çadır, isidici, adyal kimi məhsullar göndərməsini arzu edirik.
Ötən həftələrdə AFAD-ın bank hesablarını da açıqlamışıq.

Eyni zamanda, səfirliyimiz adına da “Ziraat Bank” hesabı açılıb. İanələrin də həmin hesablara edilməsini rica edirik. Hər kəs əmin olsun ki, hər bir manat zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün xərclənəcək”, - deyə səfir əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO