Macar dövlət nazirinin qızı da Türkiyədə insanları xilas edib - VİDEO 

Macar dövlət nazirinin qızı da Türkiyədə insanları xilas edib - VİDEO 

Hazırda oxunan: Macar dövlət nazirinin qızı da Türkiyədə insanları xilas edib - VİDEO 

120318

Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkələrindən xilasedicilər gəlib. Onların arasında Macarıstan xilasediciləri də olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Macarıstanın dövlət naziri Zoltan Kovaç da təsdiq edib.

Alınan son məlumata görə, nazirin qızı Türkiyədə xilasetmə qrupunda iştirak edir.

Zoltan Kovaç Tvitter hesabında etdiyi paylaşımında qızı ilə qürur duyduğunu bildirib:

“Mən cəsur qəhrəmanlarımızla çox qürur duyuram və xüsusilə xilasetmə işlərində iştirak edən qızım İlkanı və ona yardımçı olan iti Nilanı qeyd etmək istəyirəm. Macarıstan bir daha göstərir ki, çətin anlarda bizə arxalana bilərsiniz”.

Xatırladaq ki, Macarıstan xilasediciləri artıq öz ölkələrinə geri qayıdıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO