“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında Xoy şəhərində zəlzələdən əziyyət çəkən soydaşlarımıza İranın laqeyd münasibətini sərt tənqid edib.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Cənubi azərbaycanlıların zəlzələdən sonra İranda çətin və dözülməz şəraitdə yaşadığını deyən Rövşən Məmmədov molla rejiminin onlara sahib çıxmadığını bildirib.
Qeyd olunub ki, İran onlara nə özü yardım edir, nə də kömək etmək istəyənlərə icazə verir.
Eyni zamanda, bildirilib ki, zəlzələ bölgəsinə səfər edən İran Prezidenti İbrahim Rəisi böyük etirazla qarşılanıb.
Bizim.Media