Keçmiş məhbus Gəncədə çirkab su quyularının qapaqlarını oğurladı - FOTO

Keçmiş məhbus Gəncədə çirkab su quyularının qapaqlarını oğurladı - FOTO

Hazırda oxunan: Keçmiş məhbus Gəncədə çirkab su quyularının qapaqlarını oğurladı - FOTO

120099

Gəncədə çirkab su quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə (PŞ) yağış sularının axıdılması üçün nəzərdə tutulan, ümumi dəyəri 1050 manat olan kanalizasiya quyusunun qapaqlarının oğurlanması  barədə məlumat daxil olub.

Polis əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Cəfərov saxlanılıb.
Saxlanılan şəxs ifadəsində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını etiraf edib. 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.






Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO