FHN-in əməkdaşları türkiyəli həmkarları ilə toplantı keçirdi - Zəlzələ bölgəsində - FOTO

FHN-in əməkdaşları türkiyəli həmkarları ilə toplantı keçirdi - Zəlzələ bölgəsində - FOTO

Hazırda oxunan: FHN-in əməkdaşları türkiyəli həmkarları ilə toplantı keçirdi - Zəlzələ bölgəsində - FOTO

120025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, bu çərçivədə, Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında Türkiyə Respublikasının Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndələri ilə birgə toplantı keçirilib.

Toplantıda hazırki əməliyyat şəraiti və atılacaq növbəti addımlar müzakirə edilib.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların qurulması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO