Azərbaycanlı xilasedicilər daha üç nəfəri dağıntılar altından XİLAS ETDİLƏR 

Azərbaycanlı xilasedicilər daha üç nəfəri dağıntılar altından XİLAS ETDİLƏR 

Hazırda oxunan: Azərbaycanlı xilasedicilər daha üç nəfəri dağıntılar altından XİLAS ETDİLƏR 

119893

"Azərbaycandan Türkiyənin yardıma gələn heyət 900 nəfərdir. Amma bilirəm ki, Azərbaycandan hər kəs könüllü olaraq bura gəlmək istəyir". 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında bildirib. 

"Xilasetmə işləri davam edir. Bir az öncə qardaşım Ceyhunla azərbaycanlı xilasediciləri ziyarət etdik. Qardaşımın ayağı uğurlu gəldi. Bu gün azərbaycanlı qardaşlarımızın xilaestmə işləri nəticəsində iki uşağı dağıntılar altından sağ çıxardılar. Həmin uşaqların qardaşlarından da xəbər olduğunu dedilər. Bir az öncə o da sağ çıxarıldı. Əməyi olan hər kəsdən Allah razı olsun". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO