“İnsan uçqun altında kompesator mexanizmlər hesabına 3-4 gün yaşaya bilir”.
Bunu Bizim.Media-ya açıqlamsında həkim-terapevt Rasif Bağırov deyib.
O qeyd edib ki, zəlzələ bölgəsindəki uçqunlar altında qalan insanların orqanizmində müəyyən proseslər gedir:
“Əsəb sistemi zəif olan insanlar sıxıntılı yerdə, uçqun altında qalanda əsəb sistemi dözmür və onları ürəyi partlayır. Amma normal insanlarda belə vəziyyətdə həyatda qalma müddəti orqanizmdəki müqavimətdən asılı olur.
Normalda insan 7 gün müddətində susuz və 30 sutkadan artıq isə qidasız qala bilər. Amma bir məsələ var ki, insan ekstremal şəraitə düşəndə orqanizmin kompesator mexanizmləri işə düşür. Yəni insanın bəzən nə yemək, nə də ki, içmək yadına düşmür.
İnsan bir də baxır ki, neçə gündür nə yeyir, nə də ki, içir. Çünki, orqanizminin kompesator mexanizmləri hamısı səfərbər olunur qarşıdakı fəlakətin aradan qaldırılmasına. Ona görə də insanların ekstremal şəraitdə kompesator mexanizmləri işə düşəndə normal insanın yaşadığı müddətdən daha artıq müddətdə ac və susuz qala bilir”.
Rasif Bağırov onu da əlavə etdi ki, zəlzələ zamanı insanın psixoloji, emosianal, eyni zamanda ağır vəziyyətdə olmasını nəzərə alsaq onda həmin adamın uçqun altında 48 saat rahat qalması mümkündür:
“Amma 48 saatdan sonra orqanizmdə zəifləmələr baş verir. Yəni düşdüyü vəziyyətə uyğunlaşma prosesi getsə də kompesator mexanizmlər azalır və susuzluğa və aclığa doğru problemlər getdikcə artır.
Nəticədə insanın orqanizmi tükənməyə doğru gedir. Adətən, insan uçqun altında kompesator mexanizmlər hesabına 3-4 gün yaşaya bilir. 4 sutkadan sonra isə sağ qalma ehtimalı kəskin şəkildə azalır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:45 / 11.02.2023
İnsan uçqunlar altında nə qədər yaşaya bilər? – Axtarış üçün qızıl saatların MÜDDƏTİ
Hazırda oxunan: İnsan uçqunlar altında nə qədər yaşaya bilər? – Axtarış üçün qızıl saatların MÜDDƏTİ
Hazırda oxunan: İnsan uçqunlar altında nə qədər yaşaya bilər? – Axtarış üçün qızıl saatların MÜDDƏTİ
119867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.