İngiltərə Premyer Liqasından Türkiyəyə YARDIM 

İngiltərə Premyer Liqasından Türkiyəyə YARDIM 

Hazırda oxunan: İngiltərə Premyer Liqasından Türkiyəyə YARDIM 

119743

İngiltərə Premyer Liqası qardaş ölkə Türkiyədə və Suriyada baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.  

Premyer Liqa zəlzələdən zərərçəkənlər üçün 1 milyon funt-sterlinq maliyyə ayırıb. Bu məbləğ Türkiyə və Suriya arasında paylaşdırılacaq. 

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara əsasən, fəlakət nəticəsində 18 991 nəfər ölüb, 75 523 nəfər isə yaralanıb. Həmçinin Suriyada da baş verən zəlzələ çox sayda insanın həyatına son qoyub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO