Ölüm xəbəri yayılan azərbaycanlı tələbənin ANASI – “Tətildə Bakıya gəlməsinə imkanımız olmadı”

Ölüm xəbəri yayılan azərbaycanlı tələbənin ANASI – “Tətildə Bakıya gəlməsinə imkanımız olmadı”

Hazırda oxunan: Ölüm xəbəri yayılan azərbaycanlı tələbənin ANASI – “Tətildə Bakıya gəlməsinə imkanımız olmadı”

119615

“Sosial şəbəkələrdə oğlumun ölüm xəbərini görmək təsəvvür etməzsiniz məni nə hala saldı. Onu bir tək Allah bilir. Hətta bilirdim ki, bu xəbər yalandır. Təki heç bir ölüm xəbəri təsdiqlənməsin”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbə Şahin Vəliyevin anası Esmira Hüseynova deyib.

Onun sözlərinə görə oğlu ilə ən son fevralın 5-də danışıb:

“Evdəydi, oğlum avara uşaq olmayıb. Dərsindən evə, evdən dərsinə və idmana gedirdi. 4 ildir Türkiyədə təhsil alır. Birinci yarımilin semestr imtahanlarından sonra tətilə çıxmışdılar.
Gəlməyinə imkanımız olmadı. Özü də istəmədi. Dedi, o qədər pulu töküb 10-15 günlük gəlməkdənsə, birdəfəlik yay tətilində gələrəm və 3 ay vətəndə qalaram”. 

Hazırda qardaşının Malatyada zəlzələ baş verən bölgədə olduğunu vurğulayan Esmira Hüseynova axtarışların daha da sürətləndiyini bildirib:

“Qardaşım və dağıntılar altında qalan tələbələrdən biri – Gündüz Nəzərzadənin valideynləri, qardaşı da hadisə yerindədirlər. Oğlum və digər tələbələr hələ də dağıntılar altındadır. Hadisə yerinə Çindən xilasedicilər cəlb olunub.

Onlar daha fərqli cihazlarla axtarış tədbirlərini davam etdirirlər. Hansı ki, o cihaz betonu daha sürətlə dağıdır. Allahın köməyi ilə balamla yanaşı orada olanların hamısı sağ-salamat çıxarlar”.
Qeyd edək ki, Şahin Vəliyev və onunla bir evdə yaşayan Samir Quliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə Malatya İnönü Universitetində təhsil alırlar. Hələki 4 azərbaycanlı tələbə ilə bağlı heç bir məlumat yoxdur.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO