Türkiyənin zəlzələdən ən çox zərər çəkmiş bölgələrindən biri olan Hatayı təmsil edən "Hatayspor" Superliqada çıxışını dayandırıb.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib.
O, "Qaziantep"in də çempionatı tərk etmək ehtimalının olduğunu bildirib:
"Hatayspor" bununla bağlı TFF-yə məktub göndərib. "Qaziantep" də çempionatından çıxmaq istəsə, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirəcəyik. Bu durumda Süperliqadan 4 yox, 2 komanda 1-ci liqaya düşəcək. 1-ci liqadan isə 3 komanda elitaya yüksələcək".
Qeyd edək ki, "Hatayspor"un baş məşqçisi Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq qapıçısı Volkan Demireldir.
Bizim.Media
- A-
- A
- A+
İdman
01:06 / 10.02.2023
"Hatayspor" Türkiyə Superliqasında çıxışını dayandırdı
Hazırda oxunan: "Hatayspor" Türkiyə Superliqasında çıxışını dayandırdı
Hazırda oxunan: "Hatayspor" Türkiyə Superliqasında çıxışını dayandırdı
119566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.