Ronaldo poker etdi

Ronaldo poker etdi

Hazırda oxunan: Ronaldo poker etdi

119562

Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" bu gün Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, Ər-Riyad təmsilçisi səfərdə "Əl-Vehda" ilə qarşılaşıb.  

"Əl-Nəsr" rəqibinə 4 cavabsız qolla qalib gəlib. Qolların hamısını Ronaldo vurub. Portuqaliyalı hücumçu 21, 40, 51 və 61-ci dəqiqələrdə fərqlənib. 

38 yaşlı futbolçu 15-ci turda "Əl-Fateh"lə keçirilən görüşdə (2:2) də fərqlənmişdi. Bu, onun "Əl-Nərs"də ilk rəsmi qolu idi. 

Bu nəticədən sonra xallarını 37-ə çatdıran "Əl-Nəsr" yenidən liderliyə yüksəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO