Gürcüstanda yaşayan soydaşlarımız Türkiyəyə yardım kampaniyasına qoşuldu – FOTO 

Gürcüstanda yaşayan soydaşlarımız Türkiyəyə yardım kampaniyasına qoşuldu – FOTO 

Hazırda oxunan: Gürcüstanda yaşayan soydaşlarımız Türkiyəyə yardım kampaniyasına qoşuldu – FOTO 

119438

Fevralın 6-da Türkiyədə baş verən zəlzələdən sonra dünyanın bir sıra ölkələrindən xilasedicilər yardım üçün qardaş ölkəyə üz tutublar. Eyni zamanda, dünyanın müxtəlif yerlərində sıravi vətəndaşlar könüllü qaydada öz imkanları hesabına yardım kampaniyalarına start veriblər.

Təbiidir ki, Azərbaycan vətəndaşlarının bu yöndə fəallığı ən üst səviyyədədir. Ölkənin müxtəlif bölgələrindən sakinlər kütləvi olaraq dəstək kampaniyalarına start veriblər. Lakin xaricdə yaşayan soydaşlarımız da qardaş türk xalqının yardımına tələsir.

Bizim.Media xəbər verir ki, Gürcüstanda yaşayan azərbaycanlılar da yardım kampaniyaya start veriblər. 

Belə ki, Gürcüstan Azərbaycanlıları Konqresi artıq bu istiqamətdə çalışmalara başlayıb.

Konqresin sədri Hüseyn Yusubov Gürcüstan mətbuatına verdiyi açıqlamada Türkiyəyə göndərilən yardımlarla bağlı fikirlərini bölüşüb:

“Türkiyədə dağıntılar altında qalanlar ayrı-ayrı şəxslər yox, türk dünyasıdır. Hamımız birlikdə həmin dağıntıların altından ya çıxacağıq, ya da çıxacağıq. Sağ olsun elimiz, Borçalımız. Azərbaycanlıların yaşadığı bütün bölgələrdə kampaniyaya start verilib. Açığı, xalqımızdan bu qədər istəyi, dəstəyi mən də gözləmirdim. Hər kəs böyük həvəslə qardaşlarımıza dəstək üçün toplanır”.

Gürcüstanda yaşayan azərbaycanlı jurnalist İmran Eyvazov isə fevralın 10-da Kaxet bölgəsində daha bir böyük yardım kampaniyasına start veriləcəyini açıqlayıb.

“Sabah azərbaycanlıların kompakt yaşadığı bölgədə böyük yardım tədbiri baş tutacaq. Bu məqsədlə Türkiyədən nümayəndələr də bölgəyə gələcəklər”, - deyə jurnalist bildirib.





Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO