Qırmızı rəngli köhnə avtomobili ilə Türkiyəyə yardım üçün səfərbər olan şəxs DANIŞDI - VİDEO 

Qırmızı rəngli köhnə avtomobili ilə Türkiyəyə yardım üçün səfərbər olan şəxs DANIŞDI - VİDEO 

Hazırda oxunan: Qırmızı rəngli köhnə avtomobili ilə Türkiyəyə yardım üçün səfərbər olan şəxs DANIŞDI - VİDEO 

119311

Bu gün sosial şəbəkələrdə qırmızı rəngli köhnə avtomobili ilə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxs gündəm olub. 

Bizim.Media xəbər verir ki, avtomobilin sahibi Sərvər Bəşirli yerli telekanallara açıqlamasında bu yardımı özünə borc bildiyini və Türk xalqı ilə qardaşlığımızın əhəmiyyətindən danışıb:  

“Bizim də 1992-ci ildə belə qarlı, çovğunlu hadisələrimiz olub. Qardaş ölkənin də başına gələn bu təbii fəlakətə görə əlimizdən gələn köməkliyi elədik. Gözləmirdim ki, bu fotom gündəm olar və hər kəsin axtardığı şəxsə çevrilərəm. Avtomobilin üstündəki yükləri əmim, dayım, nənəmgil, laçınlıların məskunlaşdığı yataqxanda yaşayan şəxslər yığıb. Mən ancaq tiktok sosial platformasında varam, oradakı rəyləri oxuyuram. Türkiyə bayrağını da maşından asmaq öz ideyam idi. Növbəti dəfə də yardım aparacağıq”. 
Xatırladaq ki, o, qonşuların və digər yardım etmək istəyən şəxslərin yüklərini öz maşını ilə aparıb. 

Qeyd edək ki, Bəşirli Sərvər Rasim oğlu Laçın rayonunun Minkənd kəndindəndir. 1989-cu ildə anadan olub. İmişli qeydiyyatındadır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi evdə yaşayır. 
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO