Türkiyə üçün təşkil edilən yardım kampaniyasının ünvanı DƏYİŞDİ 

Türkiyə üçün təşkil edilən yardım kampaniyasının ünvanı DƏYİŞDİ 

Hazırda oxunan: Türkiyə üçün təşkil edilən yardım kampaniyasının ünvanı DƏYİŞDİ 

119145

Bakıda Türkiyə üçün təşkil edilən yardım kampaniyasının ünvanı dəyişib. 

Bizim.Media xəbər verir ki, yardım toplama məntəqəsi Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi ilə əvəzlənib.

Səbəb Babək prospektində yerləşən Doğtaş Mebel qəbul məntəqəsinin ünvanında nəqliyyatın işində sıxlıq yaşanması ilə əlaqədardır. 

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində yardıma ehtiyacı olan əhaliyə kömək məqsədi ilə Azərbaycanda yardım kampaniyasına başlanılıb.

Yardım kampaniyasına dəstək olmaq istəyən şəxslər qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corablar və s. əşyaları mebel salonuna gətirərək təhvil verə bilərlər. Eyni zamanda məntəqəyə çadır, yorğan, döşək, fənər, generator, poverbank, təmizlik alətləri və s. istifadəyə yararlı əşyalar gətirmək olar.
Kampaniya qısa müddət əvvəl başlamasına baxmayaraq, minlərlə  insan qardaş Türkiyəyə yardım üçün səfərbər olub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO