Haluk Leventin əmisi oğlu dağıntılar altında öldü - FOTO

Haluk Leventin əmisi oğlu dağıntılar altında öldü - FOTO

Hazırda oxunan: Haluk Leventin əmisi oğlu dağıntılar altında öldü - FOTO

119039

“Anadolu Xalq və Sülh Platforması” (AHBAP) platformasının qurucusu, müğənni Haluk Leventə ağır itki üz verib.

Bizim.Media xəbər verir ki, zəlzələ zamanı dağıntılar altında qalan sənətçinin əmisi oğlu dünyasını dəyişib.

AHBAP vasitəsi ilə zəlzələdən zərər çəkənlərə yardım toplayan sənətçi Haluk Levent aldığı xəbərlə məyus olub.

İzləyicilərindən müğənniyə başsağlığı mesajları gəlib.

Zəlzələdə əmisi oğlunun öldüyünü bildirən Levent sosial media hesabından “Kiçik əmim oğlu Güven Dönbak dağıntılar altında qaldı. Onu xilas etmək mümkün olmadı” deyə üzücü xəbəri yayıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO