İtkin düşən hərbçilərin yaxınlarından çılpaq fotolar tələb edildi - Ermənistanda rəzalət

İtkin düşən hərbçilərin yaxınlarından çılpaq fotolar tələb edildi - Ermənistanda rəzalət

Hazırda oxunan: İtkin düşən hərbçilərin yaxınlarından çılpaq fotolar tələb edildi - Ermənistanda rəzalət

11886

Ermənistan internet qalmaqalı ilə çalxalanır.

Bizim.Media “News.am” saytına istinadən məlumat verir ki, Ermənistan vətəndaşı olan şəxsin sosial şəbəkə hesablarından istifadə edərək Qarabağda həlak olan və itkin düşən hərbiçilərin yaxınları ilə əlaqə qurduğu, onlardan çılpaq fotoşəkillər tələb etdiyi məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər "Xudavəng" monastırını ziyarət etdi - VİDEO


İlkin məlumatlara görə, həmin şəxs facebook-da azərbaycanlı "Əziz Muradov" adı ilə bir hesab açıb.

Daha sonra bu hesab vasitəsilə Qarabağda itkin düşən və ya əsir götürülən erməni hərbi qulluqçuların yaxınlarını taparaq onlara yaxınlarının olduğu yerlər barədə yalan məlumatlar verib.

Bunun qarşılığında isə əlaqə saxladığı xanımlardan çılpaq fotoşəkillərini və videolarını ona göndərmələrini tələb edib.

Əks təqdirdə isə onları əsirlikdə olan yaxınlarını öldürməklə təhdid edib. Artıq 16 yaşlı bir qızın bu şəxsin “tələsinə” düşdüyü qeyd olunur. 

Saytın bildirdiyinə görə sosial şəbəkələr üzərindən erməni hərbiçilərin yaxınlarının şəxsi məlumatlarını ələ keçirən şəxs həbs olunub.

İlkin istintaq mərhələsində təxminən on nəfər qurbanın kimliyini müəyyənləşdirmək mümkün olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO