Evdən çıxmağa nifrət edən BÜRCLƏR – Kimin başqa yerdə gözünə yuxu getmir?

Evdən çıxmağa nifrət edən BÜRCLƏR – Kimin başqa yerdə gözünə yuxu getmir?

Hazırda oxunan: Evdən çıxmağa nifrət edən BÜRCLƏR – Kimin başqa yerdə gözünə yuxu getmir?

118787

Bəzi insanlar var ki, rahatlıqlarına olduqca düşkündürlər. Onlar üçün evdə qalmaq hər şeydən daha əzizdir. Əgər fürsətləri olsa, bu şəxslər bütün həyatlarını evlərində keçirə bilərlər. Evdən kənar qaldıqda isə gözlərinə yuxu getməz. Doğrudur, onlar bu xarakterinə görə, asosial olaraq təqdim olunurlar. Lakin bu insanların evlərinə olan bağlılığını nə asosiallıqla, nə də tənbəlliklə əlaqələndirmək doğru olmaz.

Bizim.Media evdən kənarda qala bilməyən bürclərin siyahısını təqdim edir:

1. Buğa

Buğa bürcü üçün rahatlıq çox önəmlidir. Onlar bu rahatlığı öz evlərindən başqa heç bir yerdə tapa bilməzlər. Buğa bürclərinin hətta otellərdə belə şirin yuxuya getməsi çox nadirdir. Bir yerdə qaldıqları zaman dəsmallarından çarşaflarına qədər aparan buğa bürcü, öz yatağından başqa heç bir yerdə heç vaxt rahat ola bilməz. Çölə çıxarkən belə iki dəfə düşünən buğa bürcü üçün evindən başqa bir yerdə içdiyi qəhvə belə dadlı deyil. Evdə vaxt keçirməyi sevən bürclər arasında buğalar ilk sıranın sahibləridir.

2. Tərəzi

Tərəzilər üçün öz yaşayış sahəsi çox önəmlidir. Bu səbəblə evlərinə böyük diqqət göstərən Tərəzi bürcləri evlərindən başqa heç bir yerdə rahat ola bilmir və evdə vaxt keçirmək istəyirlər. Dostlarını evlərinə dəvət edən Tərəzilər, onları öz evlərində qonaq etməkdən də həzz alırlar. Evlərində hər bir detalı diqqətlə hazırlayan tərəziləri az qala ev quşu adlandırmaq olar. Tərəzi də evdə vaxt keçirməyi sevən bürclərdəndir.

3. Əqrəb

Əqrəb bürclərinin bu həyatda ən çox zövq aldıqları şeylərdən biri də evdə vaxt keçirməkdir. Evə həvəslə qayıdan Əqrəblər çölə çıxsalar belə, evdə özlərini daha rahat hiss edirlər. Şəxsi yaşayış yerində rahat olan Əqrəblər çöldə çox vaxt keçirə bilmir və dərhal evə qayıtmaq istəyirlər. Evdə vaxt keçirməyi sevən bürclər arasında Əqrəb bürcü də var.

4. Balıqlar

Doğrudur, balıqlarla bağlı danışarkən onların xəyalpərəstliyi, yeni kəşflərə olduqca açıq olduqları deyilir. Lakin bu o demək deyil ki, balıqlar evdən kənarda vaxt keçirməkdən həzz alırlar. Gəzmək, əylənmək onlar üçün hava-su kimi vacibdir. Bir şərtlə ki, gecəni evlərində keçirsinlər. Onlar hara getsələr də, yatmaq üçün evə qayıtmağa daim diqqət edirlər. Hətta saat olduqca gec olsa belə evə qayıtmaq balıqlar üçün önəmlidir.

5. Dolça

Dolçaların düşdükləri mühitə və kollektivə olduqca tez adaptasiya olmaq kimi xüsusiyyətləri var. Lakin dolçaların spesifik cəhətlərindən biri də ev və sosial həyatlarını bir-birindən ayırmağı yaxşı bacarmalarıdır. Yəni işlə bağlı və ya dostları ilə vaxt keçirmək üçün dolçalar evlərindən uzaqlaşa bilərlər. Buna rəğmən, diqqətləri daim komfort zonalarında olacaq və evə qayıtmaq düşüncəsi onların ağlından çıxmayacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO