Terrorçu diplomatları və ailə üzvlərini öldürmək üçün 2-ci dəfə səfirliyə DAXİL OLUB

Terrorçu diplomatları və ailə üzvlərini öldürmək üçün 2-ci dəfə səfirliyə DAXİL OLUB

Hazırda oxunan: Terrorçu diplomatları və ailə üzvlərini öldürmək üçün 2-ci dəfə səfirliyə DAXİL OLUB

118783

Giriş qapısının möhkəm və onun avtomat silahın atəşi ilə açılmasının çətin olduğunu görən terrorçu avtomobilinin yük yerindən götürdüyü ağır zərbə aləti ilə qapını qırmağa çalışıb, diplomatları və onların ailə üzvlərini qətlə yetirmək üçün ikinci dəfə səfirliyə daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunun təfərrüatlarına dair məlumatında bildirilib.

Qeyd olunub ki, atəş aça-aça binanın ikinci mərtəbəsinə qalxmağa cəhd edən terrorçunun üzərinə səfirliyin əməkdaşı Vasif Tağıyev yanğınsöndürən balon atmaqla onu başından zədələyib (bu an müşahidə kameralarının nəzarətindən kənarda qalıb) və nəticədə terrorçu binanı tərk etməyə məcbur olub.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO