“Qəbələ” mərakeşli futbolçu ilə müqavilə bağladı

“Qəbələ” mərakeşli futbolçu ilə müqavilə bağladı

Hazırda oxunan: “Qəbələ” mərakeşli futbolçu ilə müqavilə bağladı

118782

Qəbələnin eyniadlı futbol klubu heyətinə yeni futbolçu qatıb. 

Bizim.Media xəbər verir ki, “qırmızı-qaralar” qış transfer pəncərəsində ilk oyunçu keçidini rəsmiləşdirib. Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 1,5 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçunun son klubu 2021-ci ildə keçdiyi Belçika təmsilçisi “Virton” olub. O, karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da forma geyinib.
Allaş Mərakeşin U-20 milli komandasında da çıxış edib. O, 2015-ci ildə yığmanın şərəfini qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO