Qəbələdə üç avtomobil TOQQUŞDU: 1-i polisdir

Qəbələdə üç avtomobil TOQQUŞDU: 1-i polisdir

Hazırda oxunan: Qəbələdə üç avtomobil TOQQUŞDU: 1-i polisdir

118766

Qəza zamanı iki  nəfər müxtəlif bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya təsdiqləyiblər. 

Məlumata görə, Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Rəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” və Ələsgər Mikayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillərin toqquşub.

Nəticədə iki nəqliyyat vasitəsinin sürücüsü - Mənsur Məmmədov və Rahin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. 

O da diqqətə çatdırılıb ki, qəzaya düşən Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxtı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO