Xəbər verdiyimiz kimi, ötən gecə Türkiyədə 7.7 bal gücündə zəlzələ olub. Nəticədə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb,1710 bina isə dağılıb.
Bu gün isə yerli vaxtla saat 14:24-də Türkiyənin mərkəzi hissəsində 7,8 bal gücündə ikinci zəlzələ qeydə alınıb. Yeni zəlzələ Suriyanın Dəməşq, Latakiya və bir sıra digər əyalətlərində də hiss edilib.
Kahramanmaraşdan 3 kilometr aralıda yerləşən Elbistanda zəlzələ 6,3 bal gücündə olub.
Bizim.Media xəbər verir ki, yerli vaxtla saat 14:36-da Türkiyənin Kahramanmaraş şəhərində 5,9 bal gücündə üçüncü zəlzələ baş verib. Bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
15:16 / 06.02.2023
Kahramanmaraşda 3-cü zəlzələ: 5,9 bal gücündə
Hazırda oxunan: Kahramanmaraşda 3-cü zəlzələ: 5,9 bal gücündə
Hazırda oxunan: Kahramanmaraşda 3-cü zəlzələ: 5,9 bal gücündə
118742
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.