Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” yardım kampaniyası ELAN ETDİ

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” yardım kampaniyası ELAN ETDİ

Hazırda oxunan: Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” yardım kampaniyası ELAN ETDİ

118735

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.

Bizim.Media xəbər verir ki, qardaş ölkəyə humanitar yardım göstərmək məqsədi ilə Azərbaycanın ən böyük humanitar təşkilatı olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya elan edib.

Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər.

- Onlayn bank kartı vasitəsi ilə ianə etmək üçün bu linkdən istifadə edin:

//yardim.et/az/donations/bank/online

- Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən istifadə edə bilərsiniz.

- SMS vasitəsi ilə ianə etmək üçün "Azercell" abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.

- Elektron pul kisəsi vasitəsi ilə hesab.az saytından ianə edə bilərsiniz.

Bütün yığılan ianələr Türkiyəyə humanitar yardım göstərmək məqsədi ilə göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO