Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu GÖNDƏRİLƏCƏK

Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu GÖNDƏRİLƏCƏK

Hazırda oxunan: Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu GÖNDƏRİLƏCƏK

118731

“Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu göndəriləcək”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

"FHN-in ilkin olaraq 370 nəfər xilas edicisi xüsusi xilasetmə avadanlıqları ilə, xüsusi təminat növləri ilə bütün növ əalhiddə fəaliyyətlər üçün qardaş ölkəyə ezam olunuruq. Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin əlavə xilasediciləri də qardaş ölkəyə ezam olunacaq", - deyə o bildirib.

E.İsmayılov bildirib ki, dağıntı baş vermiş ərazilərdə FHN-nin Kinoloji Mərkəzinin təlim görmüş 8 itindən də istifadə olunacaq.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.7 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 912-yə çatıb. 5385 yaralı var. 1710 bina isə dağılıb.
Prezident İlham Əliyevin tapşırığı ilə FHN-in ilk heyəti Heydər Əliyev Hava Limanından Türkiyəyə yola salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO