Zəlzələdə ölən və xəsarət alan azərbaycanlılar varmı? – RƏSMİ AÇIQLAMA 

Zəlzələdə ölən və xəsarət alan azərbaycanlılar varmı? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Zəlzələdə ölən və xəsarət alan azərbaycanlılar varmı? – RƏSMİ AÇIQLAMA 

118670

“Zəlzələdə xəzarət alanların arasında azərbaycanlıların olub-olmaması məsələsi araşdırılır. Bu istiqamətdə müvafiq iş aparılır”.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, araşdırmalar aparılır:

“Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyənin aidiyyəti qurumlarına sorğular ünvanlayıb. Hər hansısa bir dəyişiklik olarsa, əlavə məlumat ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Türkiyədə güclü zəlzələ olub. Zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 yaralı var. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO