Xəbər verdiyimiz kimi, Türkiyənin Qaziantep şəhərində baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə saat 05:26-da baş verib.
Son məlumatlara görə, Diyarbəkirdə 6 bina dağılıb, 6 nəfər ölüb, 79 nəfər isə yaralanıb. Şanlıurfada 15 nəfər həyatını itirib, 30-dan çox yaralı var.
Bizim.Media xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları hazır vəziyyətə gətirilib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə zəlzələdə ölənlərin sayı 76-ya çatdı, 440 yaralı - FOTO/VİDEO
FHN heyəti təcili surətdə Türkiyəyə yardıma göndəriləcək.
Bizim.Media