Naftalanda 2 avtomobil toqquşdu: 5 nəfər xəsarət aldı

Naftalanda 2 avtomobil toqquşdu: 5 nəfər xəsarət aldı

Hazırda oxunan: Naftalanda 2 avtomobil toqquşdu: 5 nəfər xəsarət aldı

118577

Naftalanda yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Naftalan şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ" markalı minik avtomobili toqquşub. Qəza zamanı 1982-ci il təvəllüdlü Günel Mehdiyeva, 1978-ci il təvəllüdlü Səməd Muradov, 1946-cı il təvəllüdlü Nigar İmanova, 1970-ci il təvəllüdlü Gülnarə Nəsibova və 1990-cı il təvəllüdlü Minarə Nəsibova xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərini kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO