Azərbaycan Gimnastika Federasiyasının (AGF) XIII Ümumi Yığıncağı keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə AGF-nin məlumatında qeyd edilib.
Məlumata görə, Milli Gimnastika Arenasında keçirilən hesabat xarakteri daşıyan yığıncaqda qurumun İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər.
İclasda federasiyanın Baş katibinin 2022-ci ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, paytaxtda keçirilən beynəlxalq yarışlar, bölgələrdə yeni gimnastika bölmələrinin fəaliyyəti və AGF-in beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabatı dinlənilib.
Yığıncaqda AGF-nin ötən il üzrə maliyyə hesabatı da təqdim edilib.
Daha sonra gimnastika sahəsində müəyyən nailiyyət və ya xidmətləri olan şəxslərə xatirə medalları verilib.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Kamilla Əliyeva, kişi idman gimnastı Nikita Simonov, tamblinq üzrə gimnast Adil Hacızadə və aerobika gimnastikası üzrə aerodans komandasının üzvləri - Sənan Mahmudlu, Nigar Mircəlallı, Nəzrin Mustafayeva, Rauf Hacıyev və Xədicə Quliyeva bürünc medalla təltif ediliblər.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvləri – Darya Sorokina, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Güllü Ağalarzadə, fərdi proqramda çıxış edən gimnastlar - Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova, məşqçilər Siyana Vasileva və Yevgeniya Vilyayeva, kişi idman gimnastı İvan Tixonov və məşqçisi Eldar Səfərov, aerobika üzrə gimnast Vladimir Dolmatov, akrobatika gimnastikası üzrə qarışıq cütlük proqramında çıxış edən Ağasif Rəhimov və Raziyə Seyidli , həmçinin akrobatika gimnastikası üzrə kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev gümüş medala layiq görülüblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:41 / 04.02.2023
Gimnastika Federasiyasının XIII Ümumi Yığıncağı keçirildi - FOTO
Hazırda oxunan: Gimnastika Federasiyasının XIII Ümumi Yığıncağı keçirildi - FOTO
Hazırda oxunan: Gimnastika Federasiyasının XIII Ümumi Yığıncağı keçirildi - FOTO
118361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.