“Bacım Zeynəbdə bütün bu xəstəliklər dekabrın sonlarında yoluxduğu resperator qrip virusundan sonra yarandı. Amma o, buna əhəmiyyət vermədi. “Keçər gedər” dedi, amma virus daha da böyüdü, qızdırma verdi, ayaqları şişdi, bir çox daxili orqanlarını zədələdi, tromb əmələ gəldi”.
Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Hazırda bacısı Zeynəb Dostəliyevanın reanimasiyada müalicə aldığını bildirən sənətçi onun qaraciyər transplantasiyasına ehtiyacının olduğunu vurğulayıb:
“İndi bacımın sağlamlıq vəziyyəti stabildir. Virusu bədəndən çıxartmaq üçün müalicələr alır. Amma əsas problem qaraciyərdir. Bacımın qaraciyər transplantasiyasına ehtiyacı var. Bir tək əlacımız budur ki, ona qaraciyər orqanı köçürülsün.
Bacımın keçirəcəyi bu ağır əməliyyatla bağlı prezidentimizə, birinci xanımımıza müraciət etmişəm. Bacım hazırda reanimasiyadadır. Hər gün ona gedib, baş çəkirəm. Zeynəbin qızı bütün günü yanındadır. Onu nəzarətsiz buraxmırıq.
Həkimlər də əllərindən gələni edirlər ki, bacımın vəziyyəti daha da yaxşı olsun. İştahası yoxdur. Şirələr içir. Ona lazım olan qidanı hazırda olduğu xəstəxana təmin edir. Virus bacımın orqanizmindən tam təmizlənəndən və müalicə olunandan sonra onu qaraciyər transplantasiyası gözləyir. Çox ağır əməliyyatdır”.
N.Dostəliyeva bacısı Zeynəbin ağır qaraciyər köçürülməsi əməliyyatı ilə bağlı prezidentə və birinci xanıma müraciət etdiyini söyləyib:
“Ən böyük dəstəyi Allahımdan, prezidentim İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan gözləyirəm. İnanıram ki, onlar mənim bu müraciətimi geri çevirməyəcəklər. Onlar bacım Zeynəbin ayağa qalxmasında və sağalmasında yardımlarını əsirgəməyəcəklər.
Xalqımız məni çox istəyir. Mən ölənə qədər xalqıma minnətdar olacağam. Çünki xalqım məni sevgisi ilə ağır dərddən, itkidən, kədərdən ayağa qaldırdı. İnanıram ki, xalqımızın duası, dövlətimizin dəstəyi məni ikinci itki ilə üzləşməyimə yol verməyəcək”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:10 / 02.02.2023
Nazpəri: “Bacım \"keçər gedər\" dedi, amma virus daha da böyüdü” - ÖZƏL
Hazırda oxunan: Nazpəri: “Bacım \"keçər gedər\" dedi, amma virus daha da böyüdü” - ÖZƏL
Hazırda oxunan: Nazpəri: “Bacım \"keçər gedər\" dedi, amma virus daha da böyüdü” - ÖZƏL
118029
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.