ABŞ Dövlət katibinin köməkçisinin müavini ölkəmizdə SƏFƏRDƏDİR  

ABŞ Dövlət katibinin köməkçisinin müavini ölkəmizdə SƏFƏRDƏDİR  

Hazırda oxunan: ABŞ Dövlət katibinin köməkçisinin müavini ölkəmizdə SƏFƏRDƏDİR  

117940

ABŞ Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlər keçirmək və IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edib. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib. 

Xanım Lokman Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edir.

O, Azərbaycanın enerji layihələrinə ABŞ-nin dəstəyini, eləcə də Cənub Qaz Dəhlizi də daxil olmaqla, Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə Azərbaycanın əhəmiyyətini müzakirə edəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO