Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingizin səhhətində problemlər yaranıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi özü sosial şəbəkə hesabında məlumat yayıb.
İbrahim üzünün şişkin olduğu selfisini paylaşaraq bu sözləri yazıb:
"Babat şişib. Bütün işlər qaldı. 20 tikiş qoyulub".
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı aktyorla əlaqə saxlayıb. İbrahim bildirib ki, dişi çay içdiyi yerdə kökündən iki yerə bölünərək, sınıb:
"Çay içdiyim yerdə dişim kökündən iki yerə bölündü. Məcburiyyətdən əməliyyat olundum. 20 tikiş qoyuldu. İndi yalnız sağalmasını gözləyirəm. İşlərim töküldü qaldı".
Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur.
Rəşad Əliyev, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
22:14 / 01.02.2023
Aktyor İbrahimin çay içdiyi yerdə dişi qırıldı, 20 tikiş qoyuldu - ÖZƏL/FOTO
Hazırda oxunan: Aktyor İbrahimin çay içdiyi yerdə dişi qırıldı, 20 tikiş qoyuldu - ÖZƏL/FOTO
Hazırda oxunan: Aktyor İbrahimin çay içdiyi yerdə dişi qırıldı, 20 tikiş qoyuldu - ÖZƏL/FOTO
117936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.