Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolu ətrafındakı cari vəziyyətdən DANIŞDILAR - YENİLƏNİB 

Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolu ətrafındakı cari vəziyyətdən DANIŞDILAR - YENİLƏNİB 

Hazırda oxunan: Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolu ətrafındakı cari vəziyyətdən DANIŞDILAR - YENİLƏNİB 

117710

31 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. 

Nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb. 
Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb.

Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib. 

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

*** 21:32

Yanvarın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

Məlumata görə nazirlər Laçın dəhlizi ətrafında vəziyyətin tənzimlənməsi yollarının müzakirəsini davam etdiriblər. 

Lavrov Rusiya tərəfinin Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərləri arasında Moskvada iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazır olduğunu təsdiqləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO