Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC və BA, BB qruplarına uyğun vəzifələr üzrə fevralın 19-da keçiriləcək test imtahanlarına qeydiyyat davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bu gündən magistraturaya sənəd qəbulu başlayır
Bildirilib ki, A növünə (inzibati rəhbər) aid olan imtahan kompüter, B növünə (inzibati icraçı) aid olan imtahan isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək.
İmtahanda iştirak üçün 125 yer ayrılıb. Bu gün saat 19:00-a olan məlumata görə, 92 nəfər (AA - 3, AB - 41, AC - 48)) qeydiyyatdan keçib.
A növünə aid imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 18-i saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.
B növünə aid imtahanda iştirak etmək üçün 2000 yer ayrılıb. Qeydiyyatdan 1999 nəfər qeydiyyatdan keçib (BA - 533, BB - 1466). Qeydiyyat başa çatıb.
İmtahan Bakı şəhərində keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.
Bizim.Media