Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Hazırda oxunan: Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

117634

Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya Ağstafa Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Dağkəsəmən kənd bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Belə ki, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO